-
- 1-11-2021, 15:18
- 488
“Əllərimizdə səslənən igidlərin sözü”
Noyabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Söz” ədəbi layihəsi çərçivəsində “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçiriləcək.
News24.az xəbər verir ki, şanlı Qələbəmizin ildönümünə həsr olunan tədbir “Ümid var” Könüllülər Təşkilatının və Deaf Community MMC-nin təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə ölkəmizdə ilk dəfə olaraq eşitmə məhdudiyyətli şəxslər II Qarabağ müharibəsində iştirak edən qazilərin yazdıqları şeirləri jest dilində təqdim edəcəklər.
Poeziya gecəsi sağlamlıq imkanları məhdud uşaqların ölkəmizin ictimai, sosial-mədəni həyatında iştirakına, cəmiyyətə inteqrasiyasına təkan vermək, onların qələbə sevinclərini, zəfər duyğularını özünəməxsus şəkildə ifadə etmələrinə imkan yaratmaq məqsədilə təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası və eşitmə məhdudiyyətli şəxslərin sinxron tərcüməsi ilə başlayacaq, "Şuşanın dağları" mahnısı və rəqsinin işarə dilində təqdimatı ilə davam edəcək. Həmçinin II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən qazilərimizin - Oğuz Alparslan, Eyvaz Əyyub, Orxan Səlifov, Nicat Ağayev, Səbuhi Qurbanov, Həsən Kür, Emin Piri, Cavid Əlioğlu, Tofiq Əhməd, Kərəm Aydın, Elvin İntiqamoğlu, Vusal Hətəmovun müəllifi olduğu hekayə və zəfər şeirləri eşitmə məhdudiyyətli uşaqlar tərəfindən jest dilinə tərcümə olunacaq. Şəhid leytenant Teymur Abbaslının oglu Feyruz Abbaslı da tədbirdə şəhid Hüseynov Xəyyamın şeirini səsləndirəcək.
Bayram tədbiri eşitmə məhdudiyyətli uşaqların Qələbəmizə həsr olunan “Qarabağ, azadsan” kompozisiyası ilə yekunlaşacaq. ilə yekunlaşacaq.