620 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı
    • 10-11-2021, 14:31
    • 583

620 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrük-çülər növbəti uğurlu əməliyyatlarını həyata keçiriblər.

News24.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində bildirib.

Komitə sədri qeyd edib ki, ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.