Amnistiya Aktı 70-ə yaxın QADIN MƏHKUMA şamil olunacaq
    • 11-11-2021, 12:34
    • 696

Amnistiya Aktı 70-ə yaxın QADIN MƏHKUMA şamil olunacaq

Amnistiya Aktının neçə qadına şamil olunacağı açıqlanıb.

News24.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov 8 noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktı 70-ə yaxın qadın məhkuma şamil olunacaq: "Onların bir hissəsi azadlığa çıxacaq, qalanlarının isə cəzası 6 ay azaldılacaq".