Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı TƏBRİK ETDİ
    • 17-11-2021, 16:04
    • 503

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı TƏBRİK ETDİ

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

News24.az-a xəbər verir ki, nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” deyimi ilə birlikdə olmağa davam edəcək!”