-
- 17-11-2021, 17:32
- 555
Qazi və şəhid ailələri idmana cəlb olunacaq
Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyası qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəman varisləri'' adlı layihə həyata keçirəcək.
MOK-dan News24.az-a verilən məlumata görə, layihənin əsas məqsədi idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına töfhə verməkdir. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Noyabrın 21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.
Layihədə üzgüçü Fatimə Alkərəmova, cüdoçu Rüstəm Orucov, güləşçi Rəsul Çunayev, boksçu Kamran Şahsuvarlı və taekvondoçu Fəridə Əzizova iştirak edəcəklər.