Muradov erməni meyitləri üçün Bakıya gəldi - FOTO
    • 17-11-2021, 19:56
    • 1 521

Muradov erməni meyitləri üçün Bakıya gəldi - FOTO

General-leytenant Rüstəm Muradov noyabrın 17-də Azərbaycana gəlib.

News24.az "Caliber"ə istinadən xəbər verir ki, R.Muradovun olduğu təyyarə artıq Bakıdan Yeravana yola düşüb. 

Təyyarədə Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmalar zamanı ölən erməni hərbçilərin meyitləri olduğu bildirilir. 
Eyni zamanda "Sputnik Armeniya"nın yaydığı məlumata görə, Muradovun olduğu təyyarədə erməni əsirlər olmayıb.