-
- 9-04-2021, 13:37
- 573
Muradov Bakıdan İrəvana niyə əliboş qayıtdı? - ŞƏRH
Axşam saatlarında Ermənistanda Bakıdan hərbi əsirlərin gətirilməsi iddiası ilə bağlı xəbər yayılıb. Erməni KİV-lərinin məlumatına görə, bunu Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyan açıqlayıb. O bildirib ki, Azərbaycandan növbəti hərbi əsirlər qrupu İrəvana yola salınıb. Bu xəbərdən sonra İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin ailələri və yaxınları Bakıdan İrəvana yola düşən təyyarəni qarşılamaq üçün “Erebuni” aeroportuna toplaşıblar. Bakıdan yola düşən təyyarə “Erebuni”yə enib. Lakin “Sputnik Armeniya”nın aeroportda olan müxbiri bildirib ki, “hava gəmisi”nin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kim olmayıb.
Politoloq Elxan Şahinoğlu News24.az-a məsələni belə şərh edib: “Gün ərzində çox maraqlı hadisələr baş verdi. Nikol Paşinyan Moskvada Vladimir Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul etdi. Daha sonra Krasnov Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Böyük ehtimalla Rusiyanın baş prokuroru “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparıb. Gün ərzində İrəvanda enən təyyarədə “erməni əsirlərin” geri qaytarılacağı xəbərləri yayılmağa başlandı. Ancaq Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan açıqlama verərək İrəvana enən təyyarənin içində heç bir “erməni əsirin” olmadığını yazdı. İrəvanda “əsirləri” gözləyərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”.
“İskəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək”.
Millət vəkili Fazil Mustafa News24.az-a açıqlamasında bildirib ki, hər hansısa bir formada Azərbaycanın Ermənistana terrorçuları verməsi mümkün deyil: “Azərbaycan məhkəməsinin qərarı ilə onların taleyi həll oluna bilər. Söhbət əsirlərdən getmir. Azərbaycanda faktiki olaraq əsir yoxdur. Əsirlərin hamısı geri qaytarılıb. Ermənistan bizə qat-qat az sayda əsir geri verib. Ona görə də təyyarə boş getməliydi. Hansı ümidlə gəldiklərini bilmirəm. Ancaq məsələlər üzərində dəqiq düşüncə olmalı idi. Onlar anlamalıdır ki, Azərbaycanın prinsipial mövqeyi var”.
Siyasət şöbəsi