Şəhid Murad Xəlilovun nəşi ailəsinə təhvil verildi
    • 18-11-2021, 11:13
    • 313

Şəhid Murad Xəlilovun nəşi ailəsinə təhvil verildi

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.

News24.az xəbər verir ki, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.

Allah rəhmət etsin! /Report.az/