Azərbaycanda daha 1 889 nəfər KORONAVİRUSA YOLUXDU
    • 21-11-2021, 17:04
    • 297

Azərbaycanda daha 1 889 nəfər KORONAVİRUSA YOLUXDU

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 889 yeni yoluxma faktı qeydə alınıb, 2 537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 974nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7 624 nəfər vəfat edib, aktiv xəstə sayı 28 139 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 740, ötən müddət ərzində isə ümumilikdə 5 443 180 test aparılıb.