Hansı xəstəliklər qoxu və dadbilmə itkisinə səbəb olur? - Həkimlər açıqladı
    • 22-11-2021, 11:34
    • 831

Hansı xəstəliklər qoxu və dadbilmə itkisinə səbəb olur? - Həkimlər açıqladı

Koronavirusa yoluxan xəstənin qoxu və dadbilmə hissini itirə biləcəyi yeganə xəstəlik deyil. 

News24.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist və terapevtlər bildiriblər. 

Həkimlərin açıqlamasına görə, qoxu və dadbilmə bir çox xəstəlik səbəbindən itə bilər. Bunlar səbəb müxtəlif tənəffüs yolları xəstəlikləri, allergiya, həmçinin sinir sisteminin zədələnməsidir.

Qoxu itkisinə tənəffüs yoluxucu viruslar, allergik rinit, vazomotor rinit, həmçinin mərkəzi sinir sistemi zədələnmiş xəstəliklər, məsələn, dağınıq skleroz və ya Alzheimer sindromu səbəb ola bilər.

Eyni zamanda iybilmə ilə bağlı problemlər burun boşluğunun, yuxarı tənəffüs yollarının istənilən xəstəlikləri, hər hansı respirator virus infeksiyası, burun axmasına, burun tutulması, həmçinin allergik xəstəliklərə görə yarana bilər.

Mütəxəssis əlavə edib ki, xəstəyə düzgün diaqnoz qoymaq üçün mütləq həkim müayinəsindən keçməlidir.