-
- 25-11-2021, 11:07
- 1 855
Azərbaycanda ata tələbə qızını universitetdən çıxaracağı ilə hədələyib zorladı - ŞOK FAKTLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən şəhər sakini Rizvan Şəmiyev (ad-soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri) və 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən və ötən həftə başa çatan məhkəmə prosesində doğma qızı Aygünə qarşı seksal xarakterli zorakılıq əməlləri törədən və narkotik vasitə istifadəçisi olan 1975-ci il təvəllüdlü R.Şəmiyev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmə prosesində zərərçəkən şəxs kimi tanınan, dövlət universitetlərindən birində 2-ci kurs tələbəsi olan 20 yaşlı Aygün ziddiyətli ifadələr verib. O, ibtidai istintaqda atasının ona qarşı 2020-ci ildə dəfələrlə yatdığı yerdə, eləcə də digər ərazilərdə seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, kiçik bacı-qardaşının və anasının bunu gördüyünü, bir neçə dəfə qorxudaraq qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirib. Atasının onu universitetdən çıxaracağı, başını qırxacağı, digər oğlanlarla yazışması və əxlaqsızlıq etməsi ilə bağlı rüsvay edəcəyini deyərək hədələdiyini və qorxudaraq ona qarşı iyrənc hərəkətlər etdiyini, yaadığı evdə və Qalaaltında yerləşən kirayə mənzildə onunla cinsi əlaqəyə girdiyini deyən qız məhkəmədə müstəntiqə dediklərini inkar edib.
O məhkəmədə hakimlərə bildirib ki, polislərin təlqini ilə yazılan və oxumadığı ifadələr həqiqətə uyğun deyil və atası ona qarşı ibtidai istintaqda dediyi hərəkətləri etməyib.
Məhkəmədə təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, lakin qızına qarşı qeyd edilən hərəkətləri etmədiyini deyib. O, iddia edib ki, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları ona qarşı oyun qurublar və həyat yoldaşının ondan narazı olmasından, ailəsinin psixiloji vəziyyətindən istifadə edərək onun ağır maddə ilə ittiham edilməsinə çalışıblar.
Məhkəmə R.Şəmiyevin dediklərini özünü müdafiə, eləcə də onun qızının sonradan bildirdiyi fikirlərin təzyiq altında deyildiyi qənaətinə gəlib. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.