Bakıda evlərdən və mağazadan oğurluq etdi
    • 25-11-2021, 12:46
    • 326

Bakıda evlərdən və mağazadan oğurluq etdi

Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 evdən 5500 manat pul və 1 mağazadan 87 manat, 100 ABŞ dolları, 4743 manat dəyərində kassa aparatı və 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev saxlanılıb.