Öldürülən jurnalistin qızları danışdı
    • 24-11-2018, 16:18
    • 790

Öldürülən jurnalistin qızları danışdı

Öldürülən jurnalist Camal Qaşıqçının qızları Noha və Razan atalarının bilinməyən tərəflərini ilk dəfə “Vaşinqton Post”a danışıb.


“Biz Camal Qaşıqçının qızlarıyıq: işığının heç vaxt sönməyəcəyinə söz veririk” adlı məqalədə atalarının “qarışıq” bir adam olduğunu yazıblar.
“O, bizim həyatımızda böyük qəlbi ilə sevgi dolu ata idi”, -deyə bildiriblər.
Noha və Razan uşaq olanda atalarının onları hər həftəsonu kitab mağazasına apardığını yazıblar.
“Uşaq olanda atamızın bir səyyah olduğunu da bilirdik. İşinə görə hər yerə gedirdi, amma həmişə əlində hədiyyələr, maraqlı hekayələrlə geri qayıdırdı. Gənc vaxtlarından atamızın işi bizdən həmişə öndə olurdu. Atamızın kəlimələri çox uzaqdakı insanlar üzərində belə təsirli idi. O, ətrafını kitablarla doldurmuşdu. Oxuduqları arasında heç zaman fərq qoymazdı. Kitab sevgisi ona özünün düşüncələrini formalaşdırmağı öyrətmişdi. Bizə də eynisini etməyi tövsiyə edərdi”.
Qızları atalarının həyatının hər zaman gözlənilməyən sürprizlərlə dolu olduğunu deyərək, onun hər çətinliyi bir fürsət olaraq gördüklərini bildiriblər.
“Yaşadığı həyat nə qədər rahat olsa da, evini, ailəsini, sevdiklərini görmək üçün o qədər çox can atardı.”
Qızları Qaşıqçının ölümündən sonrakı günlərini belə təsvir ediblər:
“Atamız itkin düşəndən sonra onun Virciniyadakı evinə getdik. Ən çətin tərəfi onun stolunu boş görmək idi. Onun yoxluğu qulaqlarımızı kar etdi. Onu stolunda eynəyini alnına qoyaraq yazı yazarkən görə bilərdik. Bütün əşyalarına baxdıq. Səudiyyə Ərəbistanına qayıdanda buranın onun və bütün səudiyyəlilər üçün daha yaxşı bir yer olduğu ümidi ilə yorulmadan yazmağı seçdiyini bilirdik”.

//Publika.az