CİA Qaşıqçının qətl əmrinin Bin-Salman tərəfindən gəldiyi qənaətindədir – Vaşinqton Post
    • 17-11-2018, 17:10
    • 737

CİA Qaşıqçının qətl əmrinin Bin-Salman tərəfindən gəldiyi qənaətindədir – Vaşinqton Post

Tanınmış media qurumları bildiriblər ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi bu nəticəyə gəlib ki, Camal Qaşıqçının qətlə yetirilmə əmrini vəliəhd Məhəmməd Bin Salman verib.
 
Bu barədə ABŞ-ın Vaşinqton Post qəzeti məlumat verib.
 
Vaşinqton-Post ABŞ-ın ilk mətbu qurumudur ki, Mərkəzi Kəşfiyyat Agentliyinin Qaşıqçının qətli ilə bağlı gəldiyi nəticəni açıqlayır.
 
Mənbə bildirib ki, Mərkəzi Kəşfiyyat Agentliyi müxtəlif yollarla əldə edib ki, Qaşıqçının İstanbuldakı konsulluğa gedib öz sənədlərini əldə etməsi məsləhətini Səudiyyənin ABŞ-dakı səfiri, Bin-Salmanın qardaşı Xalid bin Salman verib. Xalid bin Salman Qaşıqçıya xatircəmlik verərək, qeyd edib ki, hər şey onun üçün təhlükəsiz keçəcək.
 
Qəzet, kəşfiyyat mənbələrinə istinadla bildirb ki, Camal Kaşıkçının İstanbul konsulluğuna çəkib aparılması bunu göstərir ki, jurnalistin aradan götürülməsi əmri Səudiyyədə bütün qərarlara və addımlara nəzarət edən vəliəhd Məhəmməd in Salman tərəfindən verilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Baş Prokurorluğu son bəyanatında etraf edib ki, Qaşıqçı konsulluq içində Səudiyyədən göndərilən kəşfiyyatçılardan ibarət terror qrupu tərəfindən öldürülüb və cəsədi parçalanaraq, yerli əməkdaşa təhvil verilib. Səudiyyənin Baş Prokurorluğu bu məsələdə əsas əmrin ölkə kəşfiyyatının sabiq sədr müavini Əhməd əl-Əsiri tərəfindən verildiyini və bu məsələdə 5 nəfərə edam istədiyini bildirib. 

//SalamNews