-
- 29-11-2021, 13:12
- 585
“Bazar Store”dəki dəhşətli hadisənin TƏFƏRRÜATI - 23 yaşlı Arzu öldü
Ötən il mayın 10-da Gəncə şəhərində fəaliyyət göstərən "Bazar Store" ticarət mərkəzində baş vermiş ölüm hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, noyabrın 23-də Kəpəz rayon Məhkəməsində marketin müdiri barəsində Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi üzrə keçirilən proses zamanı şahidlər supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızının öz ehtiyatsızlığından liftin şaxtasına yıxıldığını bildiriblər.
Mərhumun ifadə verən marketin xadiməsi deyib: “2014-cü ildən hal-hazıra kimi həmin supermarketdə çalışıram. Mağazada işləyən bütün satıcılar, nəzarətçilər və texniki işçilər, o cümlədən də xadimələr əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimat alır və bu barədə jurnalda imza edirlər. Həmin mağazada quraşdırılmış liftlərdən daim istifadə olunur, lakin yük liftinə insanların minməsi rəhbərlik tərəfindən qadağan edilmişdi. Arzu işlədiyi marketdə 2019-cu ilin dekabr ayından 2-ci mərtəbədə qeyri-qida malları şöbəsində satıcı işləyib. Sakit, tərbiyəli bir insan kimi tanımışam. 10 may 2020-ci il tarixdə mağazanın binasının 2-ci mərtəbəsində pilləkən və yük liftinin meydançasında təmizlik işləri apararkən o, həmin meydançada müştəri arabasından tutub arxa-arxaya doğru liftin qapısı istiqamətində çəkirdi. Daha sonra ona nəzər yetirmədim. Bir neçə saniyədən sonra «taqqıltı» səsi eşidib liftə tərəf baxanda müştəri arabasnını liftin girişinin qarşısında qaldığını, Arzunun isə yox olduğunu gördüm. Yük liftinin qapısından qaranlıq şaxtaya boylandıqda isə Arzunun liftin şaxtasında aşağıda yıxılı vəziyyətdə qaldığını görüb qışqırıb haray-həşir saldım, digər işçilərlə birlikdə mağazanın birinci mərtəbəsinə düşdükdə, orada Arzunun yıxılı vəziyyətdə qaldığını görüb özümdən getdim. Ona sonradan məlum olub ki, Aynuru xəstəxanaya aparıblar və 8 gündən sonra Aynur Əliyeva xəstəxanada ölüb. Göstərir ki, Aynur özü ehtiyatsızlıq edərək yük lifti olmadığı halda liftin qapısını açıb liftin ikinci mərtəbədə olub-olmadığına nəzər yetirmədən şaxtaya daxil olub və hündürlükdən mağazanın zirzəmisində dayanmış liftin kabinəsinin üstünə yıxılıb”.
Mərhumun valideyni qızının ehtiyatsızlıqdan vəfat etdiyini, onun müalicəsi üçün işlədiyi şirkətin əlindən gələni etdiyini və qarşı tərəfdən tələb və ya şikayətinin olmadığını bildirib.
Məhkəmə market müdirinə bəraət verərək onun üzərindəki başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbirini ləğv edib.