Bakıda ticarət mərkəzində DƏHŞƏT – Dəmir alnına girdi, xəstəxanada öldü
    • 2-07-2019, 11:39
    • 911

Bakıda ticarət mərkəzində DƏHŞƏT – Dəmir alnına girdi, xəstəxanada öldü

Suraxanı rayonunda tikilməkdə olan ticarət mərkəzində bu ilin mart ayında baş vermiş ölüm hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Suraxanı Rayon Prokurorluğunda iş icraçısı İsmayılov Oqtay Fəxrəddin oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci, yəni əmək mühafizəsi qaydalarını pozma – ölümlə nəticələndikdə maddəsi ilə açılan işin materiallar rayon məhkəməsinə göndərilib. İş Suraxanı Rayon Məhkəməsinin hakimi Kəramət Əliyevin icraatına verilib. 

Qeyd edək ki, hadisə bu il  martın 8-də saat 15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində tikilməkdə olan “Retro Mall” ticarət mərkəzində baş verib. Tikintidə işləyən 1993-cü il təvəllüdlü Zeynalov Elşən Nizami oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, “Retro” MMC-yə məxsus ticarət mərkəzinin 4-cü mərtəbəsində betontökən aparatın borusunu təmizləmək üçün yerə çırpan zaman borunun dəmir ucu onun alnına dəyib.

O, martın 10-da müalicə aldığı “Baku City” hospitalında vəfat edib.