-
- 29-11-2021, 19:08
- 3 996
Elmir Əkbər AVTOQƏZAYA DÜŞDÜ – VİDEO
Tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər avtomobil qəzası keçirib.
Bununla bağlı News24.az-a açıqlama verən psixoterapevt, hadisənin noyabrın 23-də baş verdiyini bildirib:
“Bakı kəndlərinin birində yolun kənarında maşını saxlayıb, təndir çörəyi aldım. Qayıdanda təhlükəsizlik kəmərini bağlamadım. Təhlükəsizlik kəməri ilə bağlı qaydaya daim diqqət edirəm, amma bu dəfə laqeydlik etdim və nəticə ortadadır. Alt və üst çənə sümüyü zədələnib. Bir neçə dişim qırılıb. Əllərim də zədələnib. Kəmər bağlı olsaydı, bunların heç biri olmayacaqdı”.
Psixoterapevt keçirdiyi qəzadan sonra mesaj verməyi də unutmadı: “Kiçik bir laqeydlik böyük qəzaya səbəb ola bilir. İstəyirəm ki, hər kəs, bütün sürücülər, öndə və arxada əyləşən sərnişinlər bu məsələdə diqqətli olsunlar, təhlükəsizlik kəmərindən istifadə etsinlər. Ələlxüsus da, uşaqlarını maşınla aparan valideynlər ayıq olmalıdır”.