Hərbi helikopterin "qara qutusu" tapıldı
    • 30-11-2021, 18:26
    • 368

Hərbi helikopterin "qara qutusu" tapıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin qara qutusu tapılıb.

Bu barədə News24.az-a Baş Prokuorluqdan məlumat verilib.

"Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır", - qurumdan bildirilib.