Bakı-Quba yolunda avtomobil qəzası baş verib, yaralananlar var
    • 25-11-2018, 20:41
    • 1 708

Bakı-Quba yolunda avtomobil qəzası baş verib, yaralananlar var

Bakı-Quba yolunda minik avtomobili səkiyə çırpılıb.

Hadisə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində, Zarat polis postunun yaxınlığında baş verib.
"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı avtomobildə olan 4 nəfər xəsarət alıb.
Hadisə yerinə tibbi briqada göndərilib.
Faktla bağlı araşdırma aparılır.

//Report