İstintaq təcridxanasına narkotik keçirilmək istədi
    • 1-12-2021, 17:35
    • 492

İstintaq təcridxanasına narkotik keçirilmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən News24.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1; 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elsevər Əli oğlu Əmirova tanışı Kürdəmir rayon sakini Rəşid Dədəxan oğlu Məmmədov tərəfindən gətirilən sovqata baxış keçirilib.

Baxış zamanı orada olan plastik qabdakı yeməyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,118 qram olan narkotik vasitə heroin, ümumi çəkisi 1,127 qram olan narkotik vasitə tiryək və ümumi çəkisi 0,136 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.