-
- 2-12-2021, 13:19
- 1 291
Bakını bir-birinə vuran hadisəni törədən şəxs: “Həmin gün oruc tutmuşdum, yuxulu olmuşam” - FOTO
Bu il mart ayının 29-da saat 17 radələrində Nizami rayonunun H.Əliyev prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, 4 avtomobilin toqquşması, 1 nəfərin ölməsi, daha 4 nəfərin xəsarət alması və Bakının mərkəzində hərəkətin iflic olması ilə nəticələnən yol qəzasını törədən 1991-ci il təvəllüdlü Yevlax rayon Malbinəsi kənd sakini K.Həsənov barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesində zərərçəkmiş tərəflər onun yüngül cəzaya məhkum edilməsini, lakin avtomobillərinə dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı K.Həsənov yuxulu olub və A.Kərimovun idarə etdiyi “Toyota Prado”, H.Mədətovun idarə etdiyi “Toyota Corolla” və İ.Həşimovanın idarə etdiyi “Range Rover” markalı avtomobillərlə toqquşub. Nəticədə H.Mədətovun sərnişini, anası Rəhilə Mədətova ölüb. H.Mədətov və qardaşı xəsarət alıb, “Toyota Prado” aşaraq yolun ortasında qalıb. Həmçinin qəzaya səbəb olan sürücü də xəsarət alıb.
K.Həsənov məhkəmədə bildirib ki, qəza vaxtı yuxuya gedib və hadisəni xatırlaya bilmir:
“29 mart 2021-ci il tarixdə saat 17:50 radələrində “Mercedes C180" markalı avtomaşımla H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasından üzü şəhər istiqamətində hərəkətdə olarkən H.Əliyev prospekti 118 ünvanında sükan arxasında yatdığım üçün idarəetməni itirdim. Nəticədə yolnəqliyyat hadisəsi baş verdi. Hadisənin necə baş verdiyini görməmişəm. Həmin gün oruc tutmuşdum, həmçinin yorğun idim. Atamı həkimdən götürüb evə apardım və işlədiyi yerə geri qayıdarkən yolda sükan arxasında yatmışam və nəticədə bu hadisə baş verib. Baş vermiş həmin hadisə zamanı idarə etdiyim avtomaşında məndən başqa heç kim olmayıb. Hadisə nəticəsində özüm də xəsarət almışam. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxsin hüquqi varisi və övladlarına 25 000 manat pul vermişəm, mənə qarşı qaldırılan mülki iddianın 10 000 manat hissəsində qəbul edirəm. Məhkəmədən barəsində hökm çıxararkən göstərilənlərin nəzərə alınmasını xahiş edirəm”.
Nizami rayon Məhkəməsi K.Həsənovun 4 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə, həmçinin ona qarşı qaldırılan mülki iddiaların təmin edilməsinə qərar verib.