Bakıda dəhşətli qəza törədib 2 nəfərin ölümünə səbəb olan şəxsdən MÜRACİƏT
    • 30-05-2019, 11:19
    • 856

Bakıda dəhşətli qəza törədib 2 nəfərin ölümünə səbəb olan şəxsdən MÜRACİƏT

2017-ci ilin sentyab ayının 10-da Bakının Qala qəsəbəsində dəhşətli yol qəzası törətdiyi üçün məhkum edilmiş Rac Əliyev Ali Məhkəməyə müraciət edib.

News24.az
-ın məlumatına görə, 2 nəfərin ölümü, daha 8 nəfərin xəsarət aldığı hadisə ilə bağlı məhkum edilmiş R.Əliyev Ali Məhkəmədən işə yenidən baxılmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı hökmün dəyişdirilməsini xahiş edib.
Müraciətə Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, R.Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 263.3-cü, yəni 2 və ya daha artıq insanın ölümü ilə nəticələnən yol qəzası törətmə maddəsi ilə ittiham edilərək məhkum edilib. 

Hadisəyə gəlincə, 2017-ci ilin sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Zərərçəkən tərəf məhkəmədə şikayətçi olmadığını bildirib.