-
- 3-12-2021, 14:43
- 549
Həbsdə olan 24 qadın azadlığa buraxıldı
Zəfər Günü münasibətilə həbsxanalarda olan 65 qadına amnistiya tətbiq olunub.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin qadınlardan 40 nəfərinin cəzası 6 ay azaldılıb, 24 nəfəri isə azadlığa buraxılıb. Bir qadın isə narkomaniyadan müalicəyə cəlb edilib.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir. Amnistiya aktları tarixində ilk dəfə bu il ibtidai istintaqı davam edən cinayət işlərinə də aid olunub.