Xəzər dənizində insan sümükləri aşkarlandı

Xəzər dənizində insan sümükləri aşkarlandı
HADİSƏ

3-12-2021, 18:36

Mətn ölçüsü

"Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə aşkarlanan insan qalıqları və sümüklərlə bağlı fakt Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilir".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda İdarədə ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.