-
- 4-12-2021, 11:31
- 3 149
“Millidə oynamağa tam hazıram” - Murad Musayev
“”Qarabağ” Azərbaycan futbolunun ən önəmli komandalarından biridir və onlara qarşı oynamaq hər zaman çətin olur”.
Bunu “Qəbələ” klubunun müdafiəçisi Murad Musayev News24.az-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
– Ötən tur “Qarabağ”la heç-heçə etdiniz. Oyunu necə dəyərləndirirsiniz?
-“Qarabağ la oyun yaxşı keçdi. Rəqib güclü komandadır. həqiqətən çox çətin olacaq.”Qarabağ” Azərbaycan futbolunun ən önəmli komandalarından biridir və onlara qarşı oynamaq hər zaman çətin olur. Onlara qarşı düzgün taktika qurub daha çox meydanda qaçmaq, daha çox əzmkarlıq göstərmək lazım olur. İstəyimiz o idi ki, məğlub olmayaq, çox istəyirik ki, qələbə qazanaq, lakin düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu. Komanda olaraq çox zəhmət çəkdik və istədiyimiz bir xalı götürə qazandıq. Amma doğma azarkeşlərimiz önündə həqiqətən qələbə qazanmaq daha yaxşı olardı. İnşallah növbəti oyunlarda onları sevindirəcəyik.
– “Qəbələ” bu mövsüm nəticələri ilə çoxlarını təəəccübləndirir. Komandanızın uğurunun səbəbini nədə görürsünüz?
– Bu il çempionata həqiqətən çox yaxşı start verdik. Oyunlarda qələbələr qazandıq, daha sonra onun ardını gətirə bildik. Bu çox önəmli amildir. Əlavə olaraq bütün komanda uğur qazanmaq istəyir, yaxşı futbolçulardan ibarət olan heyətimiz var. Əzmkar xarakterə malik futbolçulardır. Uğurlu çıxışın səbəblərindən biri də bunlardır, əlavə də baş məşqçimiz bizə verdiyi tapşırıqları ürəklə yerinə yetiririk.
-Nəzərə alsaq ki, “Qəbələ” böyük büdcəyə sahib deyil. Amma klub rəhbərliyi lider “Qarabağ”dan cəmi 5 xal geridə olduğunuzu görüb zəhmətinizi dəyərləndirirmi?
– Həqiqətən də hamıya məlumdur ki, büdcəmiz aşağıdır, amma biz nə qədər ki, meydandayıq meydana çıxırıq çalışırıq ki, maksimum nəticə əldə edək. Rəhbərlik də sağ olsun, arxamızda dayanıb, bir ailə kimiyik. İnaniram ki, uğurlu çıxışımız sona kimi davam edəcək.
– Deyirlər aşağı büdcəli klubların uğuru müvəqqəti olur…
– Statistika cəhətdən elə görünə bilər, amma biz sona qədər mübarizə aparsaq, düzgün sistemlə çalışsaq, maksimum səy göstərsək müvəqqəti olmaz. Futboldur, heç kim deyə bilməz ki, büdcəsi çox olan komanda bu il 100 faiz çempion olacaq. Ona qalsa gərək “Mançester-Siti” son 15 ildə 10 dəfə ÇL kubokunu qazanmalı idi. Sadəcə mübarizə aparmaq lazımdır.
– Artıq turnir cədvəlinin tən yarısına yaxınlaşırsınız. Hazırkı mövqeyi qoruyub saxlamaq nə dərəcədə çətin olacaq?
-Bəli, 12 tur arxada qalıb. Düşünürəm ki, mübarizə bundan sonra başlayır, qarşıda daha qızğın oyunlar olacaq. Biz maksimumu etməyə çalışırıq ki, mövqeyimizi qoruyaq. Nə qədər çox az səhv etsək bir o qədər yaxşı olacaq.
- Bəs, Konfrans Liqasına vəsiqə uğrunda hansı komandaları özünüzə rəqib kimi görürsünüz?
– Elə çempionatımız var ki, demək olmur bu güclüdür, bu zəif. Aşağı-yuxarı eyni səviyyəli komandalardır. Bizim üçün hər bir komanda, hər bir oyun önəmlidir. Turnir cədvəlində mövqeyindən aslı olmayaraq hər bir komanda baş ağrısı ola bilər. Ona görə yalnız qələbə qazanmaq lazımdır ki, sonra avrokuboklar barədə rahat düşünmək mümkün olsun. (gülür)
– Olduqca məsuliyyətli mövqeydə sabit çıxış edirsən. Düşünmürsən ki, artıq milli komandaya dəvət zamandır…
– Milli komandamızın məşqçilər korpusu hər bir oyunumuzu izləyirlər. Milli komandaya dəvət almaq mənim üçün çox xoş olar. Mən də çalışıram ki, hər zaman milli komandanın baş məşqçisinin diqqətini cəlb edim. Düşünürəm ki, tez bir zamanda milliyə dəvət alaram. Ümumiyyətlə hazırda millidə oynamağa tam hazıram.