Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ
SOSİAL

5-12-2021, 12:30

Mətn ölçüsü

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

News24.az xəbər verir ki, bu barərə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz  11-15° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.  Nisbi rütubət 60-70 faiz olacaq.

Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  11-16° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.