"Baku Tv"-nin əməkdaşları Ombudsman Aparatına müraciət etdilər
    • 5-12-2021, 16:39
    • 362

"Baku Tv"-nin əməkdaşları Ombudsman Aparatına müraciət etdilər

Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov tərəfindən "Baku Tv"-nin əməkdaşları Tural Müseyibov və Zaur Hacıyevə qarşı edilən kobud rəftar, jurnalistin məlumat əldə etməsinə bilərəkdən maneə törədilməsi, zorakılıq faktı ilə bağlı Mətbuat Şurasının bəyanatı və Şuranın tələbinə məhəl qoyulmamasına, ictimai-siyasi xadimlərin, KİV nümayəndələrinin haqlı qınağına laqeyd münasibət sərgilənməsinə və hadisəyə hüquqi qiymət verilməsinə dəstək göstərilməsi üçün "Baku Tv" əməkdaşları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya rəsmi müraciət ediblər.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında, Ombudsmanın mandatına uyğun olaraq İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi fəaliyyətə başlayıb.