Amnistiya aktı indiyədək 3676 məhkuma tətbiq edilib
    • 6-12-2021, 15:00
    • 555

Amnistiya aktı indiyədək 3676 məhkuma tətbiq edilib

"Müstəqilliyimiz əldə olunduqdan sonra sayca 13-cü Amnistiya aktı qəbul edilib. Amnistiya həm cinayət törətmiş, həm də məhkum olunan şəxslər barəsində tətbiq olunur. Təxminən 85% amnistiya məhkum edilmiş şəxslərə şamil edilib".

News24.az-ın məlumatına görə, bunu Milli Məclis tərəfindən qəbul edilmiş 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair keçirilən brifinqdə Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

O bildirib ki, mülki istintaq və təhqiqat orqanları 260 nəfərə şamil edilib: "Hərbi istintaq və təhqiqat orqanları 27 nəfərə, mülki ÇM 1921, intizam xarakterli HH 3, probasiya 1351 nəfərə şamil edilib". 

E. Muzayevin sözlərinə görə, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506-dır. Bununla yanaşı, məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.