Məktəbdə müəllimləri və yoldaşlarını təhqir edən şagirdlə bağlı DİN HƏRƏKƏTƏ KEÇDİ
    • 7-12-2021, 09:40
    • 380

Məktəbdə müəllimləri və yoldaşlarını təhqir edən şagirdlə bağlı DİN HƏRƏKƏTƏ KEÇDİ

"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".

Bunu News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri Suraxanı rayonu 282 saylı tam orta məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, müəllim və qızları təhqir etməsi ilə bağlı məlumatlar yayılıb.