DİN-dən Tovuzda diləndirilən azyaşlı ilə bağlı AÇIQLAMA
    • 3-11-2021, 15:49
    • 520

DİN-dən Tovuzda diləndirilən azyaşlı ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Tovuz şəhəri dəmiryolu vağzalının piyada keçidinin qarşısında diləndirilən azyaşlının fotosu yayılıb.

Sözügedən foto geniş müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumat nəzarətə götürülüb və aiddiyyatı üzrə müvafiq tapşırıqlar verilib.

DİN rəsmisi həmçinin hazırda araşdırma aparıldığını da vurğulayıb.