-
- 7-12-2021, 14:10
- 440
Kartlara baxsanız görərsiniz ki, o, mənimlə nələr danışıb - Ata Abdullayev məhkəmədə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hədə-qorxuları nəticəsində ona iPhone markalı telefonu verdiyini iddia edən şahid Ziya Məmmədovun məcburi gətirilməsi barədə qərar qəbul edilsə də o, prosesə qatılmayıb.
Məhkəməyə məlumat daxil olub ki, şahid, iş materiallarında göstərilən ünvanda yaşamır.
A.Abdullayevin vəkili isə məhkəməyə etiraz edərək şahidin dindirilməsini vacib sayıb.
"Bu işdə yeganə adamdır ki, təqsirləndirilən şəxsə nə isə verdiyini deyir. Onun ifadə verməsi bizim üçün vacibdir. Xahiş edirik, məcburi gətirilmə qərarı icra olunsun", - deyə vəkil bildirib.
Ata Abdullayev özü də Ziya Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib.
Məhkəmə məsələ ilə bağlı qərar verib ki, şahidin tapılaraq məhkəməyə gətirilməsi istiqamətində daha bir addım atılsın.
Daha sonra prosesdə sərbəst ifadə verən Ata Abdullayev deyib ki, bu işdə zərərçəkmiş şəxslərin heç birindən pul tələb etməyib:
"Mənim iki min videom var ki, bunların təxminən 500-ə qədəri sosial problemlərlə bağlıdır.
Mənim telefonum isə daima açıq olurdu. Mənə şikayətlər gəlirdi. Əvvəlcə zərərçəkmiş kimi tanınan Elmar müəllim barədə danışmaq istəyirəm.
Elmar müəllim bildirib ki, mən guya ondan 2019-cu ildə pul istəmişəm. Bu, yalandır. Mən həmin vaxt ailəmlə Misirdə istirahətdə olmuşam. Mənə Tural adlı şəxs müraciət edərək, dedi ki, şəriki Elmar onu döyüb. Bununla bağlı video da göstərdi. Mənə şikayət etdi ki, bu işə obyektiv baxılmır. Jurnalistin əsas prinsipi qarşı tərəfin mövqeyini öyrənməkdir. Buna görə də mən Elmara zəng etdim.
Ondan həm Turalı döyməsi, həm Atletlər kəndindəki avadanlıqların satılması barədə soruşdum. Elmar həmin vaxt məni təhqir etdi. Bir qədər sonra vəkil Adil İsmayılovdan zəng gəldi. Mənə dedi ki, məni tanıyırsan sən? get ağlını başına yığ. Sonra yenidən Elmar mənə zəng etdi. Turala kömək məqsədi ilə Xətai rayon Polis İdarəsi ilə əlaqə saxladım.
5-10 gün sonra dostum Ziya zəng etdi ki, görüşmək istəyir. Onunla AF Malll-ın qarşısında görüşdük. Mənə dedi ki, Elmar dostumdur, onu bağışla. Mən də dedim ki, o adamı döyüb, mənim də ölümü-dirimi söyüb. Ziya yenə də xahiş etdi ki, onu bağışlayım. Sonra telefonumun ekranının sınıq olduğunu gördü. Mənə dedi ki, sənə telefon alacam. İki-üç gün sonra zəng etdi ki, gəl sənə telefon verim. Mənim vaxtım olmadığı üçün qonşunu göndərdim. Həmin telefon da bir neçə gün evdə qaldıqdan sonra satıb İphone 12 aldım."
Bundan sonra A.Abdullayev Masazır icra nümayəndəsindən pul tələb etməsi epizodu ilə bağlı danışıb./Trend/