General Rövşən Əkbərova 10 İL HƏBS VERİLDİ - YENİLƏNİB
    • 27-10-2021, 17:23
    • 646

General Rövşən Əkbərova 10 İL HƏBS VERİLDİ - YENİLƏNİB

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

News24.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovdan 40 min manat məbləğində vəsait zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar qəbul olunub.

Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.

***

16.39


Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

News24.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edib.

Vəkil müdafiə etdiyi şəxsə qarşı qaldırılan ittihamların heç bir aidiyyatı yoxdur və ona bəraət verilməsini xahiş edib.

Təqsirləndirilən şəxs Rövşən Əkbərov da həmin gün o restaranda olmadığını və Elçin Əliyevin qətlində əlinin olmadığını deyib. O məhkəmədən onun haqqında bəraət qərarı çıxarılmasını istəyib.

Məhkəmə müşavirəyə gedib. /Report.az/