"Sultan"  şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edildi
    • 7-12-2021, 14:19
    • 338

"Sultan" şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edildi

Zaqatala rayonu, Yeni Suvagil kəndində fəaliyyət göstərən  “Sultan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə News24.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, fiziki şəxs Soltanov Məzahir Soltan oğluna məxsus şadlıq sarayında yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi bəlli olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.