Bu gəmilər yalnız Azərbaycana məxsusdur
    • 7-12-2021, 14:31
    • 471

Bu gəmilər yalnız Azərbaycana məxsusdur

“Bərə gəmiləri yalnız Azərbaycana məxsusdur. 1 və 2 nömrəli Bərə körpüləri avtomatik-pultla idarə olunur. Körpünün idarə olunması üçün ayrıca otaq var”.

Bunu News24.az-a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Ro-Ro və Bərə terminalı rəisi Kamran Cəlili deyib.

Terminal rəisi qeyd edib ki, körpü üç hissədən ibarətdir: “Dəniz səviyyəsinin düşüb-qalxmasına əsasən, körpünü nizamlamaq olur. Gəmi gəldikdə körpü qalxır. Bərə gəmiləri daxil olduqdan sonra körpü relslərə paralel olaraq gəmilərin üzərinə yerləşdirilir. Vaqonlar limanda və gəmidə olan dəmiryol relslərinə birləşdirilir. Bu proses isə mexaniki yox, avtomatik icra edilir”.