Azərbaycan 70-dən çox yeni gəmi alacaq
    • 25-06-2018, 15:36
    • 1 668

Azərbaycan 70-dən çox yeni gəmi alacaq

Yaxın 10 ildə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC ümumi dəyəri 1,5 milyard manat olan 72 gəmi almaq niyyətindədir.

Bunu QSC-nin sədri Rauf Vəliyev Dənizçilər gününə həsr olunan tədbirdə deyib.

R.Vəliyev bildirib ki, 2015-ci ildən Xəzər Dəniz Gəmiçiliyi kapitallaşmanı 310 milyon manat artırıb:
«Şirkətin dəyəri 1 milyard manat qiymətləndirilir. Son bir neçə il ərzində 437 milyon manat kapital investisiyaları həyata keçirmişik. Bunun 99 faizi şirkətin gəlirləri hesabına olub».

Qeyd edək ki, hazırda QSC-nin balansında 23 tanker, 20 yük gəmisi, 2 «Ro-Ro» tipli gəmi və 13 bərə var.



//Trend.az