Bakıda dəhşətli qəza - Qatar avtomobillə toqquşdu - FOTOLAR - VİDEO - YENİLƏNDİ
    • 7-12-2021, 19:27
    • 1 763

Bakıda dəhşətli qəza - Qatar avtomobillə toqquşdu - FOTOLAR - VİDEO - YENİLƏNDİ

7 dekabr  2021-ci il saat 18:00 radələrində radələrində Əhmədli 21-ci post 11-ci kilometrdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən News24.az-a verilən məlumata görə, qatar sözügedən ərazidə hərəkətdə olarkən, “Niva” markalı "01-BU 039" dövlət qeydiyyat nişanlı avtomobil qorunmayan keçiddən yolu keçməyə cəhd göstərib. Maşinist tormozlama aparsa da, məsafənin yaxınlığından hadisə qaçılmaz olub və avtomobil  qatarla toqquşub.
Hadisə nəticəsində avtomobilin sürücüsü yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb. 

Hadisənin baş vermə səbəbi aidiyyati üzrə araşdırılır.
 

***18:10
Bakıda qatarla "Niva" markalı avtomobil toqquşub.
 
News24.az xəbər verir ki, hadisə 8 noyabr prospektində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmasa da, "01-BU 039" dövlət qeydiyyat nişanlı avtomobil yararsız hala düşüb.