-
- 8-12-2021, 10:42
- 685
Yol polisi sürücülərə MÜRACİƏT ETDİ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYP-dən News24.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri və şəraiti araşdırılarkən müxtəlif amillərlə rastlaşırıq.
Adətən əsas səbəb yol hərəkəti qaydalarının pozulması ilə əlaqəli olur. Təbii ki, yolların sürüşkən və ya nahamar örtüklü olması, hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması, piyada keçidlərinin yetərincə olmaması və sair kimi qismən nəticəyə təsir göstərən bəzi amillər də var.
Yol-nəqliyyat hadisələri törətmiş şəxslərin sürücülük təcrübəsi ilə bağlı statistik göstəricilərə diqqət yetirsək görərik ki, qeydə alınmış ağır qəzaların çoxu məhz 10 ildən yuxarı sürücülük təcrübəsi olan şəxslərin təqsiri üzündən baş verib. Ümumiyyətlə, sürücülük hüququ yarandıqdan sonrakı birinci onillik ərzində fərdlərin məsuliyyət hissi növbəti onilliklərlə müqayisədə daha artıq olur. Sonradan sürücülərdə yaranan arxayınlıq, özünə güvənmə məsuliyyət hissini azaldır ki, bu da yol hərəkətində intizamsızlığa və qəzaların baş verməsinə gətirib çıxarır.
Əgər sürücü yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, aramla hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkəranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozursa, araməsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan, nəticəsinə görə cavabdehlik daşıdığından xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir. Bu baxımdan sürücülərin təcrübəsiz olması, yol hərəkəti və yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında nəzəri biliklərinin qənaətbəxş olmaması kimi fikirlər irəli sürmək düzgün olmazdı.
Sözsüz ki, sükan arxasına əyləşən hər bir sürücü yol və hava şəraitinə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilməli, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daima yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir. Bir sözlə, hər bir peşə sahəsində olduğu kimi, nəzərə alsaq ki sürücülük özü də bir peşədir, sürücü həmişə öz üzərində çalışmalı, yollarda diqqətli və məsuliyyətli olmalıdır. Hətta istənilən peşəkar sürücünün belə, ani diqqətsizliyi, məsuliyyətsizliyi faciəvi qəzaya səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi gündəlik fəaliyyətdə istər-istəməz iştirakçıya çevrildiyimiz yol hərəkəti prosesində şəxsi və ictimai məsuliyyət hissinin son dərəcə vacib olduğunu xatırladır, hər kəsi yollarda intizamlı olmaqla ölkəmizdə yol hərəkəti mədəniyyətinin möhkəmlənməsinə və qəzaların sayının azaldılmasına yardımçı olmağa dəvət edir”.