"YAŞAT" Fonduna xərclənən vəsaitin məbləği açıqlandı
    • 8-12-2021, 12:36
    • 353

"YAŞAT" Fonduna xərclənən vəsaitin məbləği açıqlandı

"Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 Çağrı Mərkəzi fəaliyyət göstərir".

News24.az-ın məlumatına görə, bunu "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar təşkil olunan mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədri bildirib   07.12.2021-ci il tarixinədək fonda 76 509 zəng daxil olub: "Fondda xərclənən vəsait: 49 497 446.15 AZN, təmin edilmiş müraciətlərin sayı isə 15 834-dür".

Məhərrəm ƏLİYEV