Federasiya prezidenti seçilən nazirdən ilk açıqlama
    • 8-12-2021, 18:38
    • 549

Federasiya prezidenti seçilən nazirdən ilk açıqlama

llk növbədə federasiyanın üzvlərinə təşəkkür edirəm. Göstərilən etimada görə və güləş ailəsinin üzvü olmaqdan şərəf duyuram.

Bunu Azərbaycan Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, güləş Azərbaycan xalqının canında və qanında olan idman növüdür: "Bizim güləşdə Avropa, dünya və olimliya çempuonlarımız var. Hər idman növündə uğurlar daha da çox ola bilər. İcraiyyə Komitəsinin üzvləri, məşqçilər və mütəxəssislərlə birlikdə bu idman növünün kütləviliyinin artırılmasına çalışacağıq".

M.Cabbarovun sözlərinə görə, digər hədəf idman nailiyyətlərinin əldə olunmasıdır: "Azərbaycanda güləşə olan diqqət və qayğı göz qabağındadır. Üzərimə düşən məsuliyyəti dərk edərək, qeyd etdiyim mütəxəssislərlə əl-ələ verərək Azərbaycan güləşinin uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam". /Axar.az/