-
- 20-12-2018, 15:35
- 886
Federasiya rəsmisi güləşçilərin Azərbaycan çempionatındakı çıxışlarını tənqid edib
Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov və müvafiq yığmanın məşqçilər korpusu ölkə çempionatının medalçıları ilə görüşüb.
Görüş Bakı İdman Sarayındakı yarış başa çatdıqdan sonra gerçəkləşib. E.Cəfərov mükafatçıları təbrik etməklə yanaşı, əksər görüşlərdən razı qalmadığını bildirib. O, güləşçilərin beynəlxalq turnirlər üçün daha yüksək formada olmalarının vacibliyini qeyd edib. Baş məşqçi Şaban Donat isə gələn il yanvarın 5-dən Olimpiya Güləş Mərkəzində yığmanın təlim-məşq toplanışının start götürəcəyini pəhləvanların diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycan çempionatında qızıl medalları Ziya Zeynalov (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Azad Əliyev (72 kq), Rüstəm Əliyev (77 kq), Elvin Mürsəliyev (82 kq), Rafiq Hüseynov (87 kq), Arif Niftullayev (97 kq) və Oyan Nəzəriani (130 kq) qazanıb. Onlar millinin hazırlıq prosesinə cəlb ediləcəklər.
//Report