4 yaşlı uşağın bağçada ölməsinin səbəbi açıqlandı - YENİLƏNDİ
    • 11-12-2021, 16:11
    • 850

4 yaşlı uşağın bağçada ölməsinin səbəbi açıqlandı - YENİLƏNDİ

Ötən gün Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib və yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb. Xəstəxanada azyalının artıq vəfat etdiyi bildirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, 4 yaşlı Dadaşov Mehti günorta saatlarında bağçada yatarkən qıcolma keçirib. 

Xəstəxanaya çatdırılan zaman isə azyaşlının beyin ölümünün artıq gerçəkləşdiyi məlum olub. 

*** 14:44

Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib.

4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub.

İlkin araşdırmalar zamanı azyaşlının üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməyib. Onun hansı səbbədən halının pisləşməsi və vəfat etməsi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.