-
- 13-12-2021, 10:26
- 1 119
Bakıda dönərdən kütləvi zəhərlənmə - Vəziyyətləri ağırdır
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
News24.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu hadisənin ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verdiyini bildirib.
Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”. /Report.az/