Dönərdən zəhərlənənlərin adları məlum oldu
    • 13-12-2021, 11:04
    • 374

Dönərdən zəhərlənənlərin adları məlum oldu

Bakıda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, zəhərlənən şəxslər "28 Mall" Ticarət Mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər:

"Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir"./Report/