Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli hadisə barədə YENİ XƏBƏR
    • 13-12-2021, 12:02
    • 1 472

Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli hadisə barədə YENİ XƏBƏR

Yevlax rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qızası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, T.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs özünü günahkar hesab etməyib.

Gəncə şəhər sakini və 1 yaşlı övladı olan 199-cü il təvəllüdlü T.Nəbizadə bildirib ki, hadisə baş verən gün işlədiyi şirkətə məxsus meyvə şirələrini və spirtli içkiləri Gəncədən ifarə etdiyi “Hyundai” markalı yük maşını ilə Yevlax və Bərdədəki mağazalara aparıb.

Məhsulları mağazalara payladıqdan sonra o, yük maşını ilə Gəncəyə qayıtmaq üçün yola düşüb. Saat 18 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində - İncəçayın üzərindəki körpüdə hərəkətdə olarkən Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi Lancer” markalı avtomobil qəfil onun yoluna çıxıb və toqquşma baş verib. Nəticədə E.Musəvi və sərnişinləri - Goranboy rayon sakini Cəlal Rüstəmov və Yevlax rayon sakini İlqar Namazov hadisə yerində ölüb.

T.Nəbizadə bildirib ki, hadisə vaxtı qəzadan yayınmaq imkanı olmayıb. Belə ki, minik avtomobili əks hərəkət zolağna çıxıb, o isə yük maşınını sola çəkmək istəsə də, artıq gec olub.

Məhkəmdə vəfat edən şəxslərin yaxınları T.Nəbizadədən şikayətçi olmadıqları, onunla barışdıqlarını bildiriblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəfail Əliyevin sədrliyi ilə keçirilən məhkəmə proosesinin yekununda T.Nəbizadə 3 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 6 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. “Ev dustağı” olan şəxs məhkəmə zalındaca həbs edilib və onun cəzasının umumi rejimli müəssisədə çəkməsinə qərar verilib.