-
- 14-12-2021, 12:44
- 1 586
“AzerGold” tərəfindən ixrac olunan qızıl və gümüşün miqdarı açıqlanıb
“AzerGold” QSC fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün ixracına nail olub.
Bunu "AzerGold" səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən "Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf prespektivləri" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, zəngin təbii resurslardan səmərəli istifadə edərək, onları sosial rifaha, iqtisadi inkişafa çevirmək, metallurgiya sahələrinin modernləşdirilməsinə töhfə vermək “AzerGold” QSC-nin fəaliyyətinin əsas qayəsini təşkil edir. Bu məqsədlə, “AzerGold” QSC fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün ixracına nail olub.
"Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib. 5 il ərzində vergi və sosial ödənişlər qismində dövlət büdcəsinə 72.2 milyon manat məbləğində vəsait ödənilib. Fəaliyyətə başladığı dövrdən mənfəətlə çalışan Səhmdar Cəmiyyətin audit olunmuş maliyyə hesabatına əsasən ötən ilki xalis mənfəəti 82 milyon manat təşkil edib. Qarşıya qoyulan illlik hasilat, ixrac və satış hədəflərinin təmin olunması başa vurmaqda olduğumuz 2021-ci ildə də müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır", - deyə sədr əlavə edib. /Trend/