-
- 1-07-2020, 17:20
- 679
"AzerGold"un mənfəəti 55% artıb
“AzerGold” QSC 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib.
QSC-dən News24.az-a verilən məlumata görə, müstəqil auditor şirkəti tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin ötən ili də yüksək gəlir və mənfəətlə başa vurduğu, bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirdiyi öz təsdiqini tapıb.
Hesabata əsasən, 2019-cu ildə 2018-ci illə müqayisədə Cəmiyyətin qızılhasilatında 21,4 %, gümüş hasilatında isə 33,3 % artım qeydə alınmışdır.
“QSC-nin maliyyə hesabatlarında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86,2 mln. ABŞ dolları həcmində vəsait cəlb edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 48% (27,8 mln. dollar) daha çoxdur”, - məlumatda qeyd edilir.
Hesabata görə, nəticədə, Qapalı Səhmdar Cəmiyyətinin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% həcmində artaraq 12,4 mln. ABŞ dolları təşkil edib.