İqtisadiyyat Nazirliyində yeni TƏYİNAT
    • 14-12-2021, 19:01
    • 2 594

İqtisadiyyat Nazirliyində yeni TƏYİNAT

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsinə təyinat olub.

News24.az "Report"a istinadla xəbər verir ki, bu vəzifə Tamerlan Tağıyevə həvalə edilib.

T.Tağıyev bu təyinata qədər İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Hazırda o həm də IsDB-nin Direktorlar Şurasının üzvüdür.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.