İki nəfərdən qanunsuz SİLAH GÖTÜRÜLDÜ
    • 3-03-2020, 13:54
    • 1 087

İki nəfərdən qanunsuz SİLAH GÖTÜRÜLDÜ

Sumqayıt və Neftçala sakinlərindən silah götürülüb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən müvafiq sənədləri olmayan “Marqolin” markalı idman tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. 

Həmçinin, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini V.Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.