Ruhi Əliyevanın Moskvadan PAYLAŞIMI DİQQƏT ÇƏKDİ:
    • 15-12-2021, 14:02
    • 761

Ruhi Əliyevanın Moskvadan PAYLAŞIMI DİQQƏT ÇƏKDİ: "GÜVƏNDİYİNİZ DAĞLARA QAR YAĞDIĞINDA..." - FOTO

Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edib. 

News24.az xəbər verir ki, R.Əliyeva səfərdən olan fotolarını "Instagram" hesabında paylaşıb. 

O, paylaşımına bu sözləri yazıb: "Güvəndiyiniz dağlara qar yağdığında ən gözəl çarə dağ ilə qarı baş-başa buraxmaqdır".

Ruhi Əliyevanın Moskvaya getməsi belə bir sual doğurur. O, Yeni ili və 31 dekabr Dünya Azərbaycanlılarının Hərmrəylik Gününü də Rusiyada qeyd edəcəkmi. İş xanımının sualımıza cavabı belə oldu: "Moskva səfərim qısamüddətli nəzərdə tutulub. Səfərin məqsədi sırf işlə bağlıdır. Onu deyə bilərəm ki, Yeni ili Bakıda, ailəmlə birgə qarşılayacam". 

Teymur Məmmədov