Brüssel görüşü Azərbaycanın siyasi nailiyyətidir - Tofiq Zülfüqarov
    • 15-12-2021, 16:07
    • 431

Brüssel görüşü Azərbaycanın siyasi nailiyyətidir - Tofiq Zülfüqarov

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər.

Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Bəyantda Azərbaycanın haqlı mövqeyi dəstəklənib.

News24.az xəbər verir ki, Brüsseldə keçirilən üçtərəfli görüşü Trend-ə şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bu Azərbaycanın siyasi naliyyətidir. Növbəti dəfə mötəbər tədbirdə Azərbaycanın mövqeyi səsləndirildi və qərbdə olan partnyorlara Azərbaycan öz mövqeyini çatdırdı.

"Hər kəs gördü ki, Azərbaycanın istədiyi postkonfilikt gündəmi artıq hamı tərəfindən qəbul olunub. Avropanın ən nüfuzlu təşkilatı olan Avropa İttifaqı da bu məsələlərdə Azərbaycanla eyni mövqedədir."

T.Zülfüqarov vurğulayıb ki, indi aktual mövzu regiona lazım olan kömək, bərpa işləri barəsində Avropa İttifaqının bəyanatlar verməsidir. Hesab edirəm ki, bu əsas nəticələrdən biridir. Çoxdan aktual olan məsələ qismən də olsa, öz həllini tapıb. Müharibədən sonra biz Avropa tərəfindən ciddi yardımları görməmişik. Azərbaycan öz hesabına bu məsələləri həll edirdi. Bu baxımdan hansısa layihələrin gələcəkdə Avropa İttifaqı tərəfindən maliyyələşəcəyi çox müsbət bir iş olacaq", - deyə T. Zülfüqarov qeyd edib.